• USD 1,7000 0,00% EUR 2,0001 -0,08%
    • GBP 2,2810 +0,02% RUB 0,0277 +0,36%

Sabirabadda ər arvadını bıçaqladı

  • Hadisə
  • 26 Sentyabr 2017 08:12
  • 259 Baxış
Sabirabadda ər arvadını bıçaqladı

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Sabirabad şəhəri, Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

Şabirabad rayon sakini, 1980-ci il təvəllüdlü Səmədova Mətanət Soltan qızı həyat yoldaşı, 1980-ci il təvəllüdlü Səmədov Nazim Nizami oğlu tərəfindən bıçaqlanıb.

12 bıçaq zərbəsi alan qadın ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına çatdırılıb və dərhal əməliyyata götürülüb. Cinayəti törədən N.Səmədov hadisə yerindən qaçıb. Hazırda onun yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Məlumata görə, Nizami və Mətanət Səmədovlar 17 il əvvəl ailə qurublar, 2 övladları var.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>