Hadisə
Sabirabadda 6 ay əvvəl törədilən qətlin ŞOK TƏFƏRRÜATI ÜZƏ ÇIXDI - YENİLƏNDİ
Bu il mart ayında Sabirabad rayonunun Kovlar kəndində Şahnisə Muradovanın yaşadığı evdə ölümününü təfərrüatı məlum olub. Məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qadının əri Xanbala Cəfərov tərəfindən boğularaq qətlə yetirilməsi müəyyən edilib.
Qonşularının Publika.az-a verdiyi məlumata görə, xəbər bütün kənd sakinlərini şoka salıb. Ş.Muradova X.Cəfərovun ikinci həyat yoldaşıdır. Onun birinci arvadı illər əvvəl ölüb. Ş.Muradova Şamaxı rayon sakinidir. 2-3 il əvvəl onlar ailə qurublar, lakin rəsmi nikahları yoxdur. X.Cəfərov oğlu və gəlini ilə eyni həyətdə yaşayır. Qonşular deyir ki, bu müddət ərzində Ş.Muradova ilə ərinin oğlu, gəlini, nə də ər-arvad arasında ciddi münaqişə olmayıb: “Hadisədən sonra isə Şahnisə Muradovanın dəm qazından zəhərlənib öldüyünü dedilər. Həmin gün səhər X.Cəfərov tezdən durub işə gedib. Bir neçə saat sonra gəlin qayınananın yuxudan oyanmadığını görüb, otağa girib. Dediklərinə görə, həmin vaxt evdəki qaz borularının zədələndiyindən otağa qaz sızıb və Şahnisə Muradova zəhərlənərək ölüb”.
Sakinlər deyir ki, bir neçə gün əvvəl isə hüquq mühafizə orqanları X.Cəfərovu saxlayıblar. Onun arvadını boğaraq öldürdüyü deyilir:
“Deyilənə görə, hadisə baş verən gecə onlar gəlinin ailəsigildə məclisdə olublar. X.Cəfərov içkili olub və mübahisə nəticəsində arvadını boğub, udlağını sındırıb. Ekspertizaya isə onun boğazındakı əl izlərini oğlu onu oyatmaq cəhdləri ilə izah edib. Hazırda faktla bağlı araşdırma aparılır. X.Cəfərov polisə təzyiq göstərməyə görə 20 sutkalıq həbs edilib”.
***
Sabirabad rayonunda 6 ay əvvəl dünyasını dəyişmiş qadını ərinin qətlə yetirdiyi məlum olub.
Bu barədə rayon prokurorluğundan məlumat verilib.
Məlum olub ki, bu ilin mart ayında rayonun Kovlar kəndində ölmüş Şahnisə Muradovanı əri Xanbala Cəfərov boğaraq öldürüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (report)
Gülxar
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək