• USD 1,7000 0,00% EUR 1,9906 +0,01%
    • GBP 2,2728 +0,01% RUB 0,0276 -0,36%

Xalq şairinin oğlunun qatilinin məhkəməsi başladı

  • Hadisə
  • 26 Sentyabr 2017 11:42
  • 269 Baxış
Xalq şairinin oğlunun qatilinin məhkəməsi başladı

Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi öldürməkdə təqdirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nəhmədov Elnur Balamirzə oğlununu və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elnur Nəhmədov ifadə verib. O, Yalçın Qocayevi öldürmək niyyətində olmadığını deyb:

"Onunla yaxın dost idik. Yalçını öldürmək niyyətim yox idi. Əməlimdən peşmanam".

Daha sonra Elnur Nəhmədov hakimin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb.

Məhkəmənin növbəti iclası oktyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədovla birlikdə daha iki nəfər həbs edilib.

Onlar Pərviz Hüseynov və Ruslan Məmmədovdur. Hər iki şəxs Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinirlər. Elnur Nəhmədov isə Cinayət Məcəlləsisinin 120.2.2-ci (xuluqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirli bilinir.

Rəsmi məlumata görə, bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Yalçın Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar ilkin olaraq Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yalçın Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində Elnur Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>