Avropanın mərkəzində anti-islam hərəkatı: məscid yandırıldı - VİDEO
Bizi izləyin

Hadisə

Avropanın mərkəzində anti-islam hərəkatı: məscid yandırıldı - VİDEO

İsveçin Orebro şəhərində məscid yandırılıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində eyni anda 250 müsəlmanın ibadət etdiyi məscid tamamilə yararsız hala düşüb.

Yanğın nəticəsində ölən və yaralananların olmadığı bildirilir. Şəhərin yanğınsöndürmə bürosunun komandiri Ulf Yakopbsen ərazidən toplanan qalıqların yanğının qəsdən törədilməsinə işarə verdiyini söyləyib.

Yanğının söndürülməsi gecə saat 2 radələrinə qədər davam edib. Məscidə 25 fərqli ölkədən ibadətə gələn yüzlərlə müsəlman və imam hadisəni göz yaşları içində izləyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm