Hadisə
Hacı İbrahim: “Qəzada həlak olan bacanağımın oğludur” - (YENİLƏNDİ)
3 gün əvvəl Hacıqabul-Horadiz yolunun İmişlidən keçən hissəsində ekskavatora çırpılan “pikap”da (sərnişin və yükdaşıyan avtomobil) ölən şəxs tanınmış iş adamı, Hacı İbrahim Nehrəmlinin (İbrahim İbrahimov) bacanağının oğludur.
Bu barədə Modern.az-a Hacı İbrahim özü məlumat verib.
O qeyd edib ki, dünyasını dəyişən 41 yaşlı Vüsal İbrahimov Bakıda yaşayırmış:
“Evi, ailəsi Bakıdadır, bir oğlu, bir qızı var. İşlə bağlı İmişlidə idi. Qismət, nə etmək olar”.
***
3 gün əvvəl İmişli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Lent.az xəbər verir ki, Hacıqabul-Horadiz yolunun İmişlinin Gövhərli kəndi ərazisindən keçən hissəsində ekskavatora çırpılan pikapda vəfat edən Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin bacısı oğlu olduğu ortaya çıxıb.
Vüsal İbrahimov xeyli vaxt imiş ki, biznesmenin İmişli rayonu ərazisindəki qum-çınqıl obyektlərinə nəzarət edirmiş və tez-tez bu rayona gedib-gəlirmiş.
Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.
***
İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Publika.az xəbər verir ki, hadisə rayonun Gövhərli kəndi ərazisində qeydə alınıb.
Bakının Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun idarə etdiyi pikap tipli avtomobil ekskavatorla toqquşub. Hadisə nəticəsində sürücü ölüb.
Qəzanın təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır. (apa)
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR