Məktəblilər arasında bıçaqlanma
Bizi izləyin

Hadisə

Məktəblilər arasında bıçaqlanma

Paytaxtın 282 nömrəli məktəbinin şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumatda bildirilir ki, hadisə dərsdən sonra baş verib:

“282 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, oktyabrın 16-da dərsdən sonra məktəbdən kənarda VIII ç sinif şagirdi Babayev Rahib Faiq oğlu ilə məktəbin 10 a sinif şagirdi Fətullazadə Samir Kazım oğlu arasında mübahisə olub. İlkin məlumata görə, mübahisə zəminində Fətullazadə Samir Kazım oğlu Babayev Rahib Faiq oğluna bıçaqla xəsarət yetirib”.

Təhsil İdarəsindən bildirilib ki, məktəb rəhbərliyi hadisədən xəbər tutan kimi təcili-tibbi yardıma və Suraxanı rayonu 33-cü polis bölməsinə məlumat verilib. Təcili-tibbi yardımla Rahib Babayev Sabunçu rayon xəstəxanasına aparılıb və əməliyyat olunub. Hüquq-mühafizə orqanları tərəfindən işlə bağlı araşdırma aparılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm