Hadisə
Bakıda polislərə hücum edən şəxslərin cəzası bəlli oldu
Səbail Rayon Məhkəməsində paytaxtda baş verən silahlı insidentlə bağlı saxlanılan Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Publika.az Report-a istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimat təmin edilib.
Qərara əsasən, hər üç şəxsin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, həbs edilən şəxslər oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində Mədətov Müşfiq İsrafil oğlunu bıçağın dəstəyi ilə vuraraq ona xəsarət yetiriblər.
Onlar oktyabrın 15-də saat 04:00 radələrində polisə müqavimət göstəriblər və Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlunu yaralayıblar.
Hazırda araşdırmalar davam etdirilir.
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək
-
İdman11:03
"Neftçi"də nə baş verir? - Qruplaşmalar, daxili çəkişmələr...
-
Sosial10:31
Hətta xasiyyəti belə dəyişən ay - Daim içki içən şəxs Ramazanda oruc tutarsa...
-
Ekologiya09:57
Rayonlara qar yağdı, şaxta düşdü - FAKTİKİ HAVA
-
Region09:24
Almanlar Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədində görün nə edirlər - FOTO
-
Nida Xəbər 09:03
Mehriban Əliyevadan İlaxır çərşənbə ilə bağlı paylaşım - FOTO
-
Qoroskop08:34
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
-
Nəqliyyat08:22
Bakının bu yollarında tıxac yarandı - SİYAHI