“Albert Gəncəli” Rusiyada kriminal müharibədən sağ çıxdı, Moskvaya GƏLDİ və... - FOTO
Bizi izləyin

Hadisə

“Albert Gəncəli” Rusiyada kriminal müharibədən sağ çıxdı, Moskvaya GƏLDİ və... - FOTO

Sankt-Peterburq şəhərində “Kresti” həbsxanasında cəza çəkən “Albert Rıjıy” (“Albert Gəncəli” olaraq da tanınır) ləqəbli azərbaycanlı avtoritet Əli Heydərov Moskvaya etap olunub.

Publika.az
xəbər verir ki, “Praym kraym” saytı “Albert Rıjıy”ın Moskvada “qanuni oğru” kimi qarşılandığını yazır.

Məlumata görə, “Kresti” həbsxanasına nəzarət edən “Qoçi” ləqəbli “qanuni oğru” Moskva həbsxanasında Əli Heydərovun əsil “qanuni oğru” olduğunu təsdiq edən məktub ünvanlayıb.

“Gəlin onu oğru evimizdə salamlayaq, uzun ömür, can sağlığı, sevincli günlər arzulayaq”, - deyə məktubda bildirilir.

“Praym kraym” yazır ki, “Albert” üçün bu məktub həyati əhəmiyyət daşıyır: “Onun Moskvada necə qarşılanması bundan asılıdır. Çünki bir neçə ay əvvəl Alberti “qanuni oğru” adından məhrum etmişdilər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm