Şəmkirdə namus üstündə CİNAYƏT - Bacısıyla gəzən oğlanı...
Bizi izləyin

Hadisə

Şəmkirdə namus üstündə CİNAYƏT - Bacısıyla gəzən oğlanı...

Şəmkirdə qısqanclıq zəminində qətl hadisəsi törədilib.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında Şəmkir rayonunun Zəyəm kəndi ərazisində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Həsrət Azər oğlu Xəlilov bacısını 1989-cu il təvəllüdlü həmkəndlisi Tural Ramiz oğlu Məmmədovla görüb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə H.Xəlilov T.Məmmədovu döş qəfəsindən bıçaqlayaraq onu ağır yaralayıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

H.Xəlilov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm