Bakıda avtobus qadını vurub öldürdü
Bizi izləyin

Hadisə

Bakıda avtobus qadını vurub öldürdü

Bakıda marşrut avtobusu ölümlə nəticələnən qəza törədib.

Publika.az lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu Qum adası qəsəbəsində "Daewoo" markalı, 10 TC 464 dövlət nömrə nişanlı marşrut avtobusu yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarət alan 50-55 yaşlı qadın hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm