Azərbaycanlı polisdən QƏHRƏMANLIQ - 4 uşağı ölümdən qurtardı
Bizi izləyin

Hadisə

Azərbaycanlı polisdən QƏHRƏMANLIQ - 4 uşağı ölümdən qurtardı

Rusiya Yol-Patrul Xidmətinin (YPX) əməkdaşı, soydaşımız Baxış Kərimov Sverdlovsk vilayətində dörd uşağı yanğından xilas edib.

Publika.az xəbər verir ki, RF DİN-in regional idarəsinin mətbuat xidmətinin məlumatına görə, yanğın hadisəsi Pervomaysk qəsəbəsində baş verib. İşdən qayıdan YPX əməkdaşı yolunun üstündəki evdə yanğın başladığını görüb və yanğınsöndürənləri hadisə yerinə çağırıb. Yanğınsöndürənlər gələnədək Baxış Kərimov tüstü dolu evə girərək dörd uşağı və valideynlərini xilas edib.

Rusiya DİN-i Baxış Kərimovu mükafata təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm