Bakıdan Şirvana aparılan məhkumlar qaçdı - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıdan Şirvana aparılan məhkumlar qaçdı - (YENİLƏNDİ)

Bakıda qaçan məhbusların adları məlum olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar. (apa)

***

Bakıda cəza çəkən məhkumlardan bir neçəsi Şirvana etap olunarkən qaçıb.

Həmin məhkumlar Bakıdan Şirvana qatarla aparılırlarmış. Qatar Biləcəri stansiyasında dayan zaman onlardan bir neçəsi qaçmağa nail olub.

Hazırda qaçan məhkumların axtarışı davam edir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm