Türkiyə və Azərbaycan vətəndaşları həbs edildi
Bizi izləyin

Hadisə

Türkiyə və Azərbaycan vətəndaşları həbs edildi

Bakının Qaradağ rayonunda oğurluqla məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Türkiyə vətəndaşı Oğuzxan Safi, Bakı şəhər sakinləri Vəli Vəliyev, Aqil Vəliyev və qardaşı Elxan tutulublar.

Onlar bu il yanvarın 25-dən sentyabrın 11-dək olan müddətdə Qobustan və Səngəçal qəsəbələri ərazilərindəki idarə və müəssisələrə məxsus ümumilikdə 270 metr elektrik kabelini kəsərək oğurlayıblar.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm