Gürcüstanda azərbaycanlı borca görə qətlə yetirildi
Bizi izləyin

Hadisə

Gürcüstanda azərbaycanlı borca görə qətlə yetirildi

Gürcüstanın Saqareco rayonunun Keşalo kəndində azərbaycanlı soyuq silahla qətlə yetirilib.

Publika.az xəbər verir ki, 30 yaşlı Məcid Məmmədovun qətlinə səbəbin borc olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə, M.Məmmədov ona borclu olan şəxsdən pulu ala bilməyib və əvəzində qiymətli əşyalar tələb edib.

Qətli törədən şəxs artıq müəyyən olunub və onun həbsi üçün tədbirlər həyata keçirilir. Faktla bağlı cinayət işi açılıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm