BİLƏSUVARDA XÜSUSİ ƏMƏLİYYAT - 5 kilo narkotik ələ keçdi
Bizi izləyin

Hadisə

BİLƏSUVARDA XÜSUSİ ƏMƏLİYYAT - 5 kilo narkotik ələ keçdi

Biləsuvar rayon polis şöbəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Publika.az xəbər verir ki, əldə edilən əməliyyat məlumatı əsasında polis əməkdaşları rayonun Muğanlı kəndi ərazisində “Mersedes” markalı avtomobili saxlayıblar.

Baxış zamanı saxlancda, ehtiyat təkərinin altında içərisində narkotik vasitə olan bağlama aşkar edilərək götürülüb. Avtomobilin sürücüsü və sərnişini şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Araşdırmalarla sürücünün Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Rauf Abbasov, sərnişinin isə Bakı şəhər sakini Cövdət Bayramov olduğu müəyyən edilib. Ekspertiza bağlamadakı narkovasitənin 5 kiloqram 720 qramının tiryək, 40,538 qramının isə heroin olduğu barədə rəy verib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm