Yevlaxda DƏHŞƏTLİ İNTİHAR: üstünə benzin töküb, özünü yandırdı
Bizi izləyin

Hadisə

Yevlaxda DƏHŞƏTLİ İNTİHAR: üstünə benzin töküb, özünü yandırdı

Yevlax rayonunun mərkəzində kişi ailə münaqişəsi zəminində özünü yandıraraq öldürüb.

1983-cü il təvəllüdlü Zeynalov Rubail Nizami oğlu ailə üzvləri ilə mübahisə etdikdən sonra üzərinə benzin tökərək özünü yandırıb.

Çoxsaylı yanıq xəsarətləri alan R.Zeynalov Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm