Bakıda 15 yaşlı qızı maşın vurdu
Bizi izləyin

Hadisə

Bakıda 15 yaşlı qızı maşın vurdu

Bakıda yeniyetməni minik avtomobili vurub.

Publika.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda baş verib.

Belə ki, Bakıxanov qəsəbəsində 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə İlham qızını avtomobil vurub. Nəticədə yeniyetmənin ayağı sınıb.

Yaralı 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm