Mingəçevirdə qəza: xəsarət alan var
Bizi izləyin

Hadisə

Mingəçevirdə qəza: xəsarət alan var

Mingəçevirdə “VAZ-21015” və “Opel” markalı avtomobillərin iştirakı ilə yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Səməd Vurğun meydanında qeydə alınmış qəza nəticəsində "VAZ"ın 1983-cü il təvəllüdlü sürücüsü, Yevlax şəhər sakini Məhəmməd Quliyev sifət nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb.

Onun başı zərbədən maşının alın şüşəsinə çırpılıb və şüşə tamamilə qırılıb. Hadisə yerinə gələn "təcili yardım" heyəti yerində yaralı şəxsə tibbi yardım göstərib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm