Abşeronda ağır yol qəzası - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Abşeronda ağır yol qəzası - Xəsarət alanlar var

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, "Shacman" markalı yük avtomobili "VAZ-2107" markalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobildə olan 3 nəfər xəsarət alıb.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xismətinin əməkdaşları cəlb edilib. Yaralılardan ikisi "VAZ-2107"-dən çıxarılıb. Daha bir yaralının avtomobildən çıxarılması əməliyyatı davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm