Şəkidə bədbəxt hadisə
Bizi izləyin

Hadisə

Şəkidə bədbəxt hadisə

Şəkidə 57 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Publika.az xəbər verir ki, bu gün axşam saatlarında rayonun Cumakənd kənd sakini, 1960-cı il təvəllüdlü Sevdigül Aslan qızı Məmmədova müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Müayinə zamanı Sevdigül Məmmədovanın yaşadığı ünvanda xurma yığan zaman ağacdan yıxılması məlum olub.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Sevdigül Məmmədovaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm