Lənkəranda tələbə qız özünü binadan atdı
Bizi izləyin

Hadisə

Lənkəranda tələbə qız özünü binadan atdı

Lənkəranda tələbə özünü binadan ataraq intihara cəhd edib.

Şəhidlər Xiyabanı küçəsi, 12 ünvanda yaşayan Nigar Vaqif qızı İsgəndərova çoxmərtəbəli binadan özünü atıb.

Hadisə yerinə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri ona ilkin tibbi yardım göstəriblər. Daha sonra N. İsgəndərova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Onun tələbə olduğu deyilir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm