Əkiz övladlarını itirən ana KOMADAN AYILMADI - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Əkiz övladlarını itirən ana KOMADAN AYILMADI - VİDEO - (YENİLƏNDİ)

Noyabrın 20-si səhər saatlarında Abşeron xəstəxanasında doğuş zamanı iki əkiz övladını itirən ana da günorta saatlarında dünyasını dəyişib.

"Report" xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.

1995-ci il təvəllüdlü Tapdıqlı Aytac Qorxmaz qızı komadan ayılmayıb.

Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Səhiyyə Nazirliyi Abşeron Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı əkiz uşaqların ölümü ilə bağlı yayılan məlumatla bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Publika.az-a açıqlamasında bildirib ki, qadın xəstəxanaya ağır qanaxma ilə daxil olub.

“22 yaşlı Tapdıqova Aytac Qorxmaz qızı xəstəxanaya daxil olanda bətnindəki döl ölü olub. Məlumatda yazıldığı kimi əkiz uşaq olmayıb. Qadına ilkin yardım göstərilib. Aytac Tapdıqova güclü qanaxma ilə daxil olduğundan hazırda da vəziyyəti ağır qiymətləndirilir. O, süni ventilyasiya aparatına qoşulub”.

S.Əhmədova bildirib ki, A.Tapdıqova Masazır qəsəbə sakinidir. Bu, onun ilk hamiləliyi olub.

***

Abşeronda xəstəxanada doğuş zamanı əkizlər ölüb, ana komaya düşüb.

Hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, xəstəxananın doğum şöbəsində Aytac adlı qadın qeysəriyyə yolu ilə doğuş edən zaman əkizlər dünyasını dəyişib. Nəticədə qadın komaya düşüb.

Dünyasını dəyişən əkizlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. (report)

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm