Leyla Şıxlinskaya işçilərinin klinikaya vurduğu ziyanın ödənilməsini tələb edir
Bizi izləyin

Hadisə

Leyla Şıxlinskaya işçilərinin klinikaya vurduğu ziyanın ödənilməsini tələb edir

Leyla Şıxlinskayanın Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə klinikanın nümayəndəsi Günay Sultanova mülki iddia ilə çıxış edib. O, təqsirləndirilən şəxslər tərəfindən klinikaya dəyən 804 min,343 manat məbləğində ziyanın ödənilməsini istəyib.

Həmçinin, təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirinin həbslə əvəz edilməsi ilə bağlı vəsatət verib. Məhkəmə yalnız mülki iddianı icraata qəbul edib, digər vəsatət qəbul edilməyib.

Məhkəmə baxışı noyabrın 24-ə təyin edilib.

Leyla Şıxlinskayanın Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Cinayət işi üzrə istintaq Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Xatırladaq ki, Leyla Şıxlinskayanın Klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb. Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min, 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm