Goranboyda ağır qəza - 9 nəfər xəsarət aldı
Bizi izləyin

Hadisə

Goranboyda ağır qəza - 9 nəfər xəsarət aldı

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, rayonun Bəşirabbas kəndi ərazisində "Oka" və "Zaporojets" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Xəsarət alanlardan 11 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bir nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanların arasında azyaşlıların da olduğu bildirilir. Məlumata görə, xəsarət alan şəxslər toydan qayıdırmış.

Yaralılardan 6 nəfərin vəziyyəti orta ağırdır. Qəzanın səbəbləri araşdırılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm