Bakıdakı DƏHŞƏTLİ QƏZANIN görüntüləri yayıldı - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıdakı DƏHŞƏTLİ QƏZANIN görüntüləri yayıldı - VİDEO - (YENİLƏNDİ)

Bakının Qaradağ rayonunda 10 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının görüntüləri yayılıb.

Hadisə şahidlərinin baku.ws-ə göndərdiyi videoda görünür ki, qəza nəticəsində yaralanan şəxslərə ətrafdakı insanlar ilkin yardım edirlər.

***

Bakının Qaradağ rayonu ərazisində 10 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində "Howo" markalı yük maşınının yol kənarında dayanmış 149 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusuna çırpılması nəticəsində baş verib.

Qəza nəticəsində xəsarət alanların siyahısı:

1953-cü il təvəllüdlü Qəzənfər İbrahimov

1964-cü il təvəllüdlü Rəhim Səlimov

1966-cı il təvəllüdlü Ulduz Sultanova

1970-ci il təvəllüdlü Xuraman Məmmədova

1975-ci il təvəllüdlü Ağayev İlqar

1980-ci il təvəllüdlü Ramiz Məmmədov

1982-ci il təvəllüdlü Aytəkin Məmmədova

1982-ci il təvəllüdlü Vadim Mütəllibov

1983-cü il təvəllüdlü Atayev Elnur

1996-cı il təvəllüdlü Tapdıq İsmayılov

Son iki nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digər 8 nəfərin vəziyyəti ağırdır və onlar xəstəxananın Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm