22 yaşlı gənc bıçaqlandı
Bizi izləyin

Hadisə

22 yaşlı gənc bıçaqlandı

Göygöldə bıçaqlanma olub.

Publika.az xəbər verir ki, rayonun Yeni Qızılca kənd sakini, 1995-cı il təvəllüdlü Həsənov Famil Camal oğlu qarının kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. F.Həsənovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm