Paytaxtda dava - Güləşçi bıçaqlandı
Bizi izləyin

Hadisə

Paytaxtda dava - Güləşçi bıçaqlandı

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Rüstəmov Musa Bəhlul oğlu günorta saatlarında tanışı ilə mübahisə zamanı bıçaqlanıb.

Yaralı "Mercedes" markalı minik avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsində araşdırma aparılır.

M.Rüstəmov Gömrükçü İdman Cəmiyyətinin üzvüdür. O, Cəmiyyətin güləş yığmasında (66 kq) çıxış edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm