Xırdalanda GÜCLÜ YANĞIN: 36 nəfər təxliyə edildi, 9 nəfər ZƏHƏRLƏNDİ
Bizi izləyin

Hadisə

Xırdalanda GÜCLÜ YANĞIN: 36 nəfər təxliyə edildi, 9 nəfər ZƏHƏRLƏNDİ

Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında yanğın baş verib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, binanın 1-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqilləri 45 p.m, 64 ədəd işıq və 8 ədəd su sayğacı yanıb. Yüksək temperaturdan binanın çardağı qismən qarsalanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 36 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənmiş halda Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb. Binanın çardağı və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Respublika Toksikologiya Mərkəzindən Publika.az-a verilən məlumatda bildirilib ki, tüstüdən zəhərlənmə ilə yerləşdirilənlərin ümumi vəziyyəti ağır olmayıb:

“Onların əksəriyyətinə yardım göstəriləndən sonra evə buraxılıb. Hazırda şöbədə yalnız 3 nəfər stasionar müalicəyə cəlb edilib. Onlara da lazımı tibbi yardım edilir. Bu gün axşam saatlarında vəziyyətlərinə uyğun olaraq evə buraxılacaqlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm