İlhamə Quliyevanın oğlu ilə bağlı DİN-dən AÇIQLAMA - Polis nəzarətindədir - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

İlhamə Quliyevanın oğlu ilə bağlı DİN-dən AÇIQLAMA - Polis nəzarətindədir - (YENİLƏNDİ)

Daxili İşlər Nazirliyi (DİN) Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun azadlığa buraxılmasına aydınlıq gətirib.

Nazirliyin Mətbuat xidmətinin şöbə rəisi İlham Babayev Publika.az-a açıqlamasında bildirib ki, Orxan Nadirov azadlığa buraxılsa da, cinayət işinə xitam verilməyib: “Hazırda cinayət işi davam etdirilir. İstintaq aparılır. O, polis nəzarətinə verilib”.

***

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov sərbəst buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə O.Nadirovun özü məlumat verib. O bildirib ki, saxlanılması öz məsuliyyətsizliyinə görə olub: "Bu barədə çox danışmayacağam. Məlumat üçün onu bildirirəm ki, mən azadlıqdayam".

O. Nadirov Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi üzrə başlanılmış cinayət işi üzrə axtarışda olub və polis əməkdaşlarının keçirdikləri əməliyyat – axtarış tədbirləri nəticəsində tutulmuşdu. O, Əliyev Səbuhi Bayram oğlunu şəxsi azadlığa çıxardacağına söz verərək, Əliyev Kənan və Umudov Mehmandan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyərək, pulu geri qaytarmaq istəməyib.n (lent.az)

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm