"İntihar edən" 16 yaşlı qızla bağla DƏHŞƏTLİ HƏQİQƏT - Ağdaşdakı olayın TƏFƏRRÜATI - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

"İntihar edən" 16 yaşlı qızla bağla DƏHŞƏTLİ HƏQİQƏT - Ağdaşdakı olayın TƏFƏRRÜATI - (YENİLƏNDİ)

Ağdaşın Yuxarı Ləki kəndində 16 yaşlı qızın intiharının təfərrüatı məlum olub.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, yeniyetmənin ölümü intihar deyil. Sakinlər bildirir ki, 16 yaşlı Aysel Məmmədova (ad və soyad şərtidir) dünən axşam saatlarında həyətlərində idman edərkən yıxılaraq dünyasını dəyişib:

“Onun belində problem var. Həkim məsləhəti ilə həyətlərindəki turnikdə idman edirdi. Dünən axşam saat 20.00 radələrində təkbaşına idman edərkən turnikdə problem olub, qız başı üstə betonun üstünə yıxılıb. Atası Moskvada işləyir, qız anası və qardaşı ilə birlikdə qalır. Hadisə baş verəndə onlar evdə olublar. Qızın səsinə həyətə çıxıb, dərhal onu xəstəxanaya aparıblar, lakin qız aldığı xəsarətdən dünyasını dəyişib”.

Sakinlər bildirir ki, 16 yaşlı qız məktəbin 10-cu sinif şagirdi olub.

***

Ağdaş rayonunda 16 yaşlı qız intihar edib.

Hadisə rayonun Lək kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, hələlik adı məlum olmayan yeniyetmə qız yaşadığı evin həyətindəki yarımtikilidə özünü asraq intihar edib.

Onun orta məktəbin yuxarı sinif şagirdi olduğu bildirilir.

İntihar edənin yeniyetmənin şəxsiyyəti və intiharın səbəbləri araşdırlır. (report)

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm