Özünü asan şəxs bələdiyyə üzvü deyilmiş - Qusardakı olayın TƏFƏRRÜATI (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Özünü asan şəxs bələdiyyə üzvü deyilmiş - Qusardakı olayın TƏFƏRRÜATI (YENİLƏNDİ)

Qusar rayon Hil kənd sakini, 1989-cu il təvəllüdlü İldırım Yarəliyevin intiharının təfərrüatı məlum olub.

Publika.az-ınyerli icra nümayəndəliyindən əldə etdiyi məlumata görə, İ.Yarəliyev evinin həyətindəki yarımtikilidə intihar edib.

“Onun ölüm səbəbi ailəsi üçün də naməlumdur. İldırım Qusar rayon Mədəniyyət şöbəsinin əməkdaşı olub. Rayonda tarixi abidələr, məscidlərin qorunması işinə baxırdı. Həmçinin öz təsərrüfat da var idi. Yəni maddi sıxıntı yaşamırdı. Bir neçə il əvvəl ailə qurub, iki azyaşlı övladı var. Həyat yoldaşı ilə anası arasında müəyyən problemlər yaşandığından bu il yaydan özünə ayrıca ev tikib, ailəsi ilə orada yaşayırdı. Bundan başqa, onun hər hansı problem olduğunu eşitməmişik. Ona görə qəfildən belə bir hadisənin baş verməsi hər kəsi təəccübləndirir”.

İcra nümayəndəliyindən bildirilib ki, hadisə ötən gecə 23:00-da baş verib. Onun meyitini də həyat yoldaşı aşkar edib.

***

Qusarda intihar olub.

Hadisə rayonun Hil kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü İldırım Firudin oğlu Yarəliyev yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Qusar rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, intihar edən İ.Yarəliyev Hil kənd bələdiyyəsinin üzvü olub. (apa)

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm