Bakıda sərnişin avtobusu qəzaya uğradı - - FOTOLAR
Bizi izləyin

Hadisə

Bakıda sərnişin avtobusu qəzaya uğradı - - FOTOLAR

Bakının Sabunçu rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Ramana qəsəbəsində yerləşən Şuşa qaçqın şəhərciyi ərazisində "VAZ-2106" markalı minik avtomobili ilə 214 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı avtobusu toqquşub.

Nəticədə "Jiquli"nin sürücüsü, 1981-ci il təvəllüdlü Nəsibov Ramin Osman oglu xəsarət alıb.

Avtobus sürücüsü Əli Rzayevin bildirdiyinə görə, qəza minik avtomobilinin onun yoluna çıxması nəticəsində baş verib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm