Fədayə Laçınla bağlı QƏRAR VERİLDİ - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Fədayə Laçınla bağlı QƏRAR VERİLDİ - (YENİLƏNDİ)

Fədayə Laçının vəsatəti üzrə məhkəmə qərarı elan olunub.

Publika.az xəbər verir ki, məhkəmə müğənninin ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməyib.

Fədayə Laçın məhkəmədə bildirib ki, istintaqdan yayınmayıb: "Məni çağırıb istintaqda dindiriblər. Üçüncü dəfə dindiriləndə həbs edilmişəm. İsttintaqdan yayınmaq fikrim yoxdur. Ona görə də həbsdə saxlanılamığıma əsas yoxdur. Şikayətimi təmin edilməsimi istəyirəm".

F.Laçının vəkili Türkel Süleymanlı qərardan apelyasiya şikayəti verəcəklərini bildirib. Qeyd edib ki,müğənninin həbsdən azad olunması üçün kifayət qədər əsaslar var: " Fədayə Laçının Hepatet C xəstəliyi var, onun həbsdə saxlanılması səhhəti üçün təhlükə yaradır. Apelyasiya şikayətimiz də təmin olunmasa, onun müalicəsi üçün müraciət edəcəyik".

***

Bu gün Nəsimi rayon məhkəməsində müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət üzrə məhkəmə prosesi başlayıb.

Publika.az-ın müxbirinin verdiyi məlumata görə, F. Laçın da məhkəməyə gətirilib və prosesdə iştirak edir.

Məhkəmə prosesi qapalı keçirilir. Prosesə hakim Babək Pənahov sədrlik edir.

Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm