Həbsxanada məhkumun ölümünün TƏFƏRRÜATI - RƏSMİ
Bizi izləyin

Hadisə

Həbsxanada məhkumun ölümünün TƏFƏRRÜATI - RƏSMİ

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumun ölümünə münasibət bildirib.

Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, adıçəkilən müəssisədə cəza çəkən məhkum Mürsəlov Fərhad Zeynal oğlunun ölümündə Penitensiar Xidmət əməkdaşının adının hallanması həqiqəti əks etdirmir: "Məhkumun ölməsi təbii ölümdür. Bu hadisədə Penitensiar Xidmət əməkdaşının adının hallanması həqiqətəuyğun deyil".

Qeyd edək ki, Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mürsəlov Fərhad Zeynal oğlu müəssisədə ürək tutmasından vəfat edib. Sosial şəbəkələrdə isə məhkumun ölümündə penitensiar xidmət əməkdaşının adı hallandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm