Hadisə
ANS-in keçmiş əməkdaşı həbs edildi
Bakıda axtarışda olan şəxs tutulub.
Publika.az Lent.az-a istinadən xəbər verir ki,
barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq,
külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə iş başlanılan
1983-cü il təvəllüdlü İbrahimov Rəşad Vahid oğlu saxlanılıb. O,
cinayət işinin istintaqının aparıldığı Bakı şəhər Baş Polis
İdarəsinə təhvil verilib.
Qeyd edək ki, Rəşad İbrahimovun 200 min dollarlıq dələduzluq etdiyi
bildirilir. Belə ki, iş adamı Ruslan Zeynalov hüquq-mühafizə
orqanlarına müraciət edərək bildirib ki, bir neçə il əvvəl Rəşad
İbrahimov ondan dəyəri 200 000 ABŞ dolları olan kompüter avadanlığı
alıb, lakin pulu verməyərək dələduzluq edib.
Qeyd edək ki, criminal.az saytının yazdığına görə, adıçəkilən
şəxslərin hər ikisi bağlanan ANS kanalının əməkdaşı olub. Onlar
şirkətdə mühafizəçi işləyib.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA