Prokuror bələdiyyə sədrinə 8 il həbs istədi
Bizi izləyin

Hadisə

Prokuror bələdiyyə sədrinə 8 il həbs istədi

Mənimsəmədə təqsirləndirilən Abşeron rayonunun Məhəmmədli bələdiyyəsinin sədri Vaqif Nəbiyev və bələdiyyə üzvü Nazim Pənahovun cinayət işi üzrə məhkəmə prosesi keçirillib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəhakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Vaqif Nəbiyevin 8 il, Nazim Pənahovun isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Prokuror zamində olan hər iki şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini vəı məhkəmə iclas zalında həbs olunmasını istəyib.

Növbəti proses dekabrın 21-də davam etdəcək.

İttihama görə, Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyev və bələdiyyə üzvü Nazim Pənahovun barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb.

Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa 99 min manat miqdarında maddi ziyan vurmaqda, pullarını mənimsəməklə ələ keçirməsi olub.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm