Prokuror Nardaran hadisələrinə görə tutulanlara iş istədi
Bizi izləyin

Hadisə

Prokuror Nardaran hadisələrinə görə tutulanlara iş istədi

2015-ci il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilən “Müsəlman Birliyi” təşkilatının sədri Taleh Bağırovun müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

Prokuror çıxışında Elçin Qasımov və Ağa-Əli Yəhyayevin 16, Nahid Qəhrəmanov, Ramil Əliyev, Elgün Axundov və İsa İbrahimovun 14, Vüsal Alış, Fərhad Muradov 13, Seymur Aslanov, Seyfəddin Şirvanov, Əli Şahbazov və Əmirli Əliyevin 13 müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses dekabrın 22-də davam edəcək.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm