Cəlilabadda 35 yaşlı piyadanı maşın vurdu - Vəziyyəti ağırdır
Bizi izləyin

Hadisə

Cəlilabadda 35 yaşlı piyadanı maşın vurdu - Vəziyyəti ağırdır

Cəlilabad rayonunda 35 yaşlı piyadanı avtomobil vurub.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Cəlilabad-Uzuntəpə avtomobil yolunda qeydə alınıb.

Belə ki, rayonun Şorbaçı kənd sakini, 35 yaşlı Samir Ədalət oğlu Mirzəyevi yolu keçmək istəyən zaman “VAZ-21011” markalı avtomobil vurub. Ağır yaralanan piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin ayaqlarından birinin amputasiya olunması gözlənilir.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm