Göyçayda 25 yaşlı oğlan özünü öldürdü
Bizi izləyin

Hadisə

Göyçayda 25 yaşlı oğlan özünü öldürdü

Göyçayda intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şəhadət kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü İbrahimli Rəfael Əfrayıl oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm