Həmkəndlisini bıçaqlayan şəxs tutuldu
Bizi izləyin

Hadisə

Həmkəndlisini bıçaqlayan şəxs tutuldu

Şəkidə həmkəndlisini bıçaqlayan şəxs yaxalanıb.

Publika.az report.az-a istinadən bildirir ki, dekabrın 16-da Şəki Mərkəzi Rayon Xəstəxanasından yerli sakin Eşqin Nəbiyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə Şəhər-Rayon Polis şöbəsinə (ŞRPŞ) məlumat daxil olub.

ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb. Keçirilən tədbirlərlə həmin şəxsin rayonun Böyük Dəhnə kənd sakini 1971-ci il təvəllüdlü Vaqif Şükürov olduğu müəyyən edilib. O, şəxsi münasibətlər zəminində həmkəndlisi E.Nəbiyevə xəsarət yetirdiyini etiraf edib.

Faktla bağlı Şəki ŞRPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm