Lənkəranda döyülən qadın dünyasını dəyişdi (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Lənkəranda döyülən qadın dünyasını dəyişdi (YENİLƏNDİ)

Lənkəran rayonunda anası ilə birgə naməlum şəxs tərəfindən döyülən qadın xəstəxanada dünyasını dəyişib.

"Report" xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib.

O, xəstəxanaya qapalı kəllə-beyin travması diaqnozu ilə daxil olub.

Faktla bağlı hələ ki, saxlanılan yoxdur.

***

Lənkəran rayonunda qadın və onun qızı döyülüb.

Publika.az xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib.

Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib.

İlkin məlumata görə, onları naməlum şəxs döyüb. Ana və qızına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm