Şirvanda yaşayış evi çökdü - Dağıntılar altında qalan var
Bizi izləyin

Hadisə

Şirvanda yaşayış evi çökdü - Dağıntılar altında qalan var

Bu gün Şirvan rayonunda birmərtəbəli fərdi yaşayış evinin çardağı təmir zamanı çöküb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bir nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri xəsarət almış vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm