Bakıda evakuator dilənçi qadını öldürdü
Bizi izləyin

Hadisə

Bakıda evakuator dilənçi qadını öldürdü

Bakının Nərimanov rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Abdulvahab Salamzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Abdullayeva Ruhiyyə dilənçiliklə məşğul olan zaman onu yüksək sürətlə hərəkət edən "156" evakuasiya xidmətinə məxsus "İsuzu" markalı avtomobil vurub. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü saxlanılıb.

Araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm