Hadisə
Zaqatalada ağır qəza - Avtomobil ağaca çırpıldı, sürücü...
Zaqatalada baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.
APA-nın məlumatına görə, hadisə yanvarın 15-dən 16-a keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 110-cu kilometrliyində baş verib.
Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1962-ci il təvəllüdlü Ruşan Fətullah oğlu Hudulov idarə etdiyi “VAZ 2106” markalı 62 BA 448 dövlət nömrə nişanlı minik avtomobili ilə Qax rayonu istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə Zaqatala-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunu ötmək istəyərkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb.
Qəzadan sonra deformasiyaya uğramış avtomobilin sükanı arxasında sıxılmış vəziyyətdə qalan Ruşan Hudulov hadisə yerinə cəlb edilmiş Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılıb.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ruşan Hudulov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dan bildirilib ki, Ruşan Hudulov travmatik şok vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət