İsa Qəmbər xaricə aparılır? - Həkimi AÇIQLADI
Bizi izləyin

Hadisə

İsa Qəmbər xaricə aparılır? - Həkimi AÇIQLADI

"İsa Qəmbərin vəziyyəti stabildir və keçirdiyi əməliyyata uyğun tibbi yardım göstərilir".

Bu barədə Publika.az-a İ.Qəmbərin həkimi, kardioloq Firdovsi İbrahimov məlumat verib.

Həkimin sözlərinə görə, artıq onun təzyiqi və qanında oksigen normallaşıb: "Sadəcə əvvəldən keçirdiyi ağır duruma görə hələ ki, xəstəxana şəraitində müalicəsi məsləhət görülür".

F.İbrahimov İ.Qəmbərin müalicə üçün xaricə aparılması ilə bağlı iddialara, habelə qardaşının onu Almaniyaya aparmaq fikrinə də münasibət bildirib:

“İsa bəy ağır durumda Klinikamıza gətirildi və həmin anda ona lazım olan tibbi köməkliyin ən yaxşısı edildi. Sonradan da ona ən ideal tibbi yardım göstərilib. Əzələlərin toparlanması və ya damarların açılması üçün xarici ölkədə tətbiq ediləcək ən son üsulları biz də tətbiq etmişik. Xaricdə olub, bizim tətbiq edə bilməyəcəyimiz bir durum yoxdur. Lakin onun xaricə aparılması ailənin seçimidir”.

Qeyd edək ki, Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər bir neçə gün əvvəl infarkt keçirərək Mərkəzi Klinikaya yerləşdirilib. Əməliyyat edilib və hazırda kardioreanimasiya şöbəsində müalicəsini davam etdirir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm