Bakıda binada yanğın - 1 azyaşlı tüstüdən zəhərləndi
Bizi izləyin

Hadisə

Bakıda binada yanğın - 1 azyaşlı tüstüdən zəhərləndi

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə 1 nəfər azyaşlı tüstüdən zəhərlənib və 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.

Ümumi sahəsi 97 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 28 m2 sahədə yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın zöndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm