Hadisə
İsmayıllıda ərəbləri daşıyan "Mersedes" aşdı: 3 yaralı
İsmayıllı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
İsmayıllı-Qəbələ yolunun Topçu kəndindən keçən hissəsində Bakı sakini, 1978-ci il təvəllüdlü Bağırov Elbəy Eldar oğlunun idarə etdiyi "Mersedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb.
Nəticədə sürücü E.Bağırov, sərnişinləri olan ərəb turistlər - 1987-ci il təvəllüdlü Al İbrahim və 1995-ci il təvəllüdlü Al Mer Zeynab müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, ərəb turistlər Bakıdan Qəbələyə istirahətə gedirmişlər. (apa)
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...