Şəmkirdə SİLAHLI İNSİDENT: 1 nəfər güllələndi - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Şəmkirdə SİLAHLI İNSİDENT: 1 nəfər güllələndi - YENİLƏNDİ

Şəmkir rayonunda odlu silahla həmyerlisini güllələyən şəxs barəsində cinayət işi açılıb.

Publika.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu gün günorta saatlarında Kəlbəcər rayonundan məcburi köçkün olan və Şəmkir rayonunda məskunlaşmış, 1992-ci il təvəllüdlü Mircəlal Azər oğlu Mehdiyevi hər iki bud nahiyəsindən güllələyərək yaralayan həmyerlisi, 1991-ci il təvəllüdlü Ramin Kərimov barəsində cinayət işi açılıb.

Belə ki, cinayəti törətdikdən sonra hadisə yerindən qaçan şübhəliyə Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hadisə Şəmkir şəhərinin ərazisində bazarda ticarətlə məşğul olan M.Mehdiyevlə R.Kərimov arasında şəxsi münasibətlər zəminində baş verib. Hazırda R.Kərimovun saxlanılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Şəmkir rayonunda məcburi köçkün güllələnib.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun "Təzə Məhəllə" yaşayış massivində baş verib.

Belə ki, Kəlbəcər rayonundan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Mircalal Əziz oğlu Mehdiyev şəxsi münaqişə zəminində hələlik adı məlum omayan şəxs tərəfindən ov tüfəngi ilə vurulub. M.Mehdiyev bud nahiyəsindən iki güllə yarası alıb. Yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxs qaçıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm