17 yaşlı gənc sərnişin avtobusunun altında qaldı - BİNƏDƏ QƏZA
Bizi izləyin

Hadisə

17 yaşlı gənc sərnişin avtobusunun altında qaldı - BİNƏDƏ QƏZA

Bakıda sərnişin avtobusu ilə motosiklet toqquşub.

“Report” xəbər verir ki, hadisə Binə qəsəbəsinin mərkəzində baş verib.

Belə ki, 160 saylı sərnişin avtobusu dönmə əməliyyatı edən zaman 17 yaşlı Qurbanov Rövşən Vahid oğlu idarə etdiyi motosikletlə ona çırpılıb.

Nəticədə motosikletdə olan Rauf adlı şəxs avtobusun altında qalaraq ölüb. R.Qurbanov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm