Axtarışda olan 27 nəfər saxlanıldı
Bizi izləyin

Hadisə

Axtarışda olan 27 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 17-dən 18-dək 110 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm